AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aynur Sabitova: "Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir"

  • + A
  • - A
  • 18-01-2022, 12:38

    Aynur Sabitova: "Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir"

    Bu gün Hilton Oteldə “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslər ilə bağlı İşlərə dair Qərarlarının toplusu”nun təqdimat mərasimi keçirildi.Azadmedia.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova kitabın ərsəyə gəlməsində, onun tərcümə edilərək nəşr olunmasında Ali Komissarlığın ölkə üzrə Nümayəndəliyinin, həmçinin Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının və Avrasiya Hüquqşünaslar Assosiasiyasının xidmətlərini qeyd edərək bildirdi ki, belə bir mühüm nəşrin işıq üzü görməsi insan hüquqlarının təbliği, Avropa Məhkəməsinin qərarlarının və presedentlərinin öyrənilməsi və səmərəli tətbiqi baxımından hüquqşünaslarımız üçün önəmli əyani və metodiki vəsatdir.
    Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verdiyini bildirən Aynur xanım
    ölkədə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi işində insan hüquqlarının müdafiəsinin iştirakçıları olan hakimləri və vəkilləri, eləcə də digər hüquqşünasları əhatə edən geniş dinləyici spektrinə malik olan Ədliyyə Akademiyasının imkanlarından maksimal dərəcədə istifadə edildiyini qeyd etdi:
    "Məmnuniyyət hissi ilə bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyini qeyd etmək istəyirəm. Bizim çoxsaylı xarici həmkarlarımız, həmçinin Avropa Məhkəməsinin hakimləri, o cümlədən sədrləri bizim təlimlərdə iştirak etmişlər.
    Eyni zamanda, Ədliyyə Akademiyası tərəfindən hakimlərin, vəkillərin, mediatorların və digər hüquqşünasların ilkin hazırlıq və uzunmüddətli tədris kursların proqramlarına insan hüquqları, Avropa Məhkəməsinin presedentləri və digər bu kimi mövzular daxil edilərək tədris olunmaqdadır.
    Bundan əlavə, ölkəmiz üçün yeni institut olan mediasiya sahəsində təlimlərin və maairfləndirmə tədbirinin təşviqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ədliyyə Akademiyası həm də mediasiya təlimi qurumu olaraq Mediasiya Şurası ilə sıx əməkdaşlıqda mediatorların hazırlanmasında yaxından iştirak edir, aktual mövzularda təlimlər, praktiki məşğələlər təşkil olunur.
    Qeyd olunan məsələlərlə bağlı həmçinin, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən mütəmadi seminarlar, Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla ölkənin yüksək məhkəmələri tərəfindən həyata keçirilən milli məhkəmə təcrübəsinin təhlili, presedentlərin tətbiqində çətinlik çəkən hakimlər üçün məqsədli-təlimlər öz nəticələrini verir.
    Bununla əlaqədar hesab edirəm ki, Qaçqınlar üzrə Ali Komissarlığıın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları həyata keçirilə bilər. Eyni zamanda, davamlı maarifləndirmə layihələri, digər maarifləndirici vəsaitlərin hazırlanması, nəşr olunması və yayılması, təcrübi səfərlərin təşkili ilə bağlı və digər istiqamətlərdə birgə əməkdaşlıq edilə bilər".
    Nəşr olunmuş hazırkı nəşr məhz səmərəli əməkdaşlığının təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və düşünürəm ki, toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaqdır.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR