AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınmalıdır - Aynur Sofiyeva

  • + A
  • - A
  • 31-05-2022, 11:55

    Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınmalıdır - Aynur Sofiyeva

    İlk beş ayda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə uşaq tələbi ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların valideynlərin və ya digər qohumlsrın himayəyə verilməsi ilə bağlı 11 müraciət daxil olub.
    Bunu Komitənin sədr müavini Aynur Sofiyeva deyib.

    O bildirib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəzziyyətin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb:
    "Bəzən isə uşağın zorla qarşı tərəflə görüşdürülməsi yaxud himayəyə verilməsi halları aşkarlanıb".

    "Müraciətlər zamanı biz yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uçaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilə bilər. Buna görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar Tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda, konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR