AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ombudsmanla bağlı Konstitusiya qanunu layihəsi parlamentdə qəbul olundu

  • + A
  • - A
  • Bu gün, 12:56

    Ombudsmanla bağlı Konstitusiya qanunu layihəsi parlamentdə qəbul olundu

    Sənəd iki səsvermə mərhələsindən sonra Prezidentə təqdim ediləcək

    “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərlə bağlı layihə Milli Məclisdə ikinci səsvermədə təsdiqlənib.

    Sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və səsvermə yolu ilə qəbul edilib.

    Konstitusiya qanunlarının Milli Məclisdə iki dəfə səsə qoyulduğu bildirilir. İkinci səsvermə 6 ay sonra keçirilir. Bu növ qanunların qəbul edilməsi üçün 95 səs çoxluğu tələb olunur.

    Sənəd hər iki səsvermədən keçdikdən sonra imzalanmaq üçün Azərbaycan Prezidentinə göndərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR