AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycanla təmasdadır”

  • + A
  • - A
  • 31-05-2022, 22:00

    “Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycanla təmasdadır”

    Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir.

    AzadMedia.az
    xəbər verir ki, bunu Trend-ə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

    “Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycan hökuməti ilə təmasdadır. Pakistanlı istehkamçılar və digər mütəxəssislər bu prosesdə Azərbaycana kömək etmək üçün Qarabağa gələcək”, - səfir deyib.

    O əlavə edib ki, Qarabağda sahibkarlığın inkişafı üçün çoxlu imkanlar mövcuddur.

    “Hesab edirəm ki, bərpa işləri başa çatan kimi bir çox Pakistan şirkətləri buradakı iqtisadi imkanları öyrənməyə başlayacaq”, - deyə o bildirib.

    Səfirin fikrincə, daha çox diqqət tələb edən sahələrdən biri də təbii ehtiyatların, o cümlədən şirin su mənbələrinin tədqiq olunmasıdır.

    “Kəlbəcərin gözəlliyi və landşaftı heyrətləndirir. İnanıram ki, bir çox pakistanlılar bu gözəlliklərdən zövq almaq üçün Qarabağa gələcək. Bura bütün dünya üçün xüsusi turizm mərkəzinə çevriləcək”, - B.Haye bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR