Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
Bu barədə
Azadmedia.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən xəbər verilib.
Qeyd edək ki, N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilmişdir. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olmuşdur.
Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilmiş və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.