AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müslüm Maqomayevin yubileyi şərəfinə Bakı metropolitendə sənətkarın mahnıları səsləndirilir

  • + A
  • - A
  • 17-08-2022, 18:04

    Müslüm Maqomayevin yubileyi şərəfinə Bakı metropolitendə sənətkarın mahnıları səsləndirilir

    Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyidir.
    Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metropolitenində xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif layihələrdə metropoliten sərnişinlərə təqdim olunur.
    Bu gün metropolitenin stansiyalarındakı elektron monitorlarda Müslüm Maqomayevin yubileyini xatırladan posterlər nümayiş olunur.
    Bundan savayı, bütün metropoliten stansiyalarında dahi müğənninin sənətinə xüsusi ehtiram və hörmətin əlaməti olaraq, stansiyalarda onun ifasında hər kəsi heyran edən musiqi parçaları səsləndirilir.
    Musiqi proqramına Müslüm Maqomayevin zəngin repertuarından Azərbaycan və dünya xalqlarının dillərində ifa etdiyi mahnılar daxil edilib.
    1942-ci ilin bu günündə Bakıda dünyaya göz açan böyük sənətkar keçmiş SSRİ-nin Xalq artisti adını daşıyır. O, Azərbaycan Respublikasının "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının bir çox medal, mükafatları və adları ilə təltif edilmiş Müslüm Maqomayev 30-dan çox filmin musiqisinin müəllifidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR