AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransanın baş naziri məktəb və universitetlərin blokadaya alınması ilə bağlı böhran iclası keçirəcək

  • + A
  • - A
  • Bu gün, 16:24

    Fransanın baş naziri məktəb və universitetlərin blokadaya alınması ilə bağlı böhran iclası keçirəcək


    Fransanın Baş naziri Sebastyan Lekornyu ölkədə məktəb və universitetlərin blokadaya alınması ilə müşayiət olunan etiraz aksiyaları ilə əlaqədar idarələrarası böhran iclası keçirəcək. Bu barədə Fransa mediası məlumat yayıb.

    İclasda daxili işlər naziri Loran Nyunez, ali təhsil naziri Filip Batist və ədliyyə naziri Jerald Darmanen iştirak edəcək.

    Məlumata görə, bu gün də Fransada yuxarı sinif şagirdlərinin məktəbləri blokadaya alma aksiyaları davam edir. Bəzi hallarda etirazlar iğtişaşlara və yanğınlara səbəb olub.

    Yalnız Parisdə ən azı 27 orta məktəbin fəaliyyətində fasilələr yaranıb. Paytaxtın ətraf ərazilərində də gərginlik artır. Məktəblərdən birinin qarşısında iri zibil konteynerinin yandırıldığı bildirilir.

    Nant şəhərində isə orta məktəblərdən birində yanğın baş verib. Məktəbin direktor müavininin sözlərinə görə, hadisə qəsdən törədilən yanğın olub və alov binanın fasadına yayılıb. Yanğın hazırda nəzarət altına alınıb.

    Etiraz aksiyalarına universitet tələbələri də qoşulub. Onlar bir sıra ali təhsil müəssisələrinin fəaliyyətini bloklayıblar.

    Tələbə ittifaqının məlumatına görə, ali təhsil sektorunda azı 26 universitet tamamilə blokadaya alınıb. Aksiyalar Strasburq Universitetinin əsas kampusunda, Liondakı bir neçə kampusda, həmçinin Eks-Marsel Universitetinin La-Kannebyer kampusunda, Puatye Universitetində və Monpelyedə Pol-Valeri Universitetində müşahidə olunur.

    Daha əvvəl bildirilmişdi ki, Fransada təhsil müəssisələrinin əməkdaşları və yuxarı sinif şagirdlərinin iştirak etdiyi etiraz aksiyaları zamanı 200-dən çox insan xəsarət alıb.

    Daxili işlər naziri Loran Nyunez çərşənbə günü axşam məktəblərin blokadaya alınması ilə bağlı aksiyalar zamanı 625 nəfərin saxlanıldığını açıqlayıb.

    Bundan əlavə, etirazların yayıldığı 356 məktəbdə 83 polis və jandarm əməkdaşının xəsarət aldığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR