AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"YAŞAT" düşərgəsində unudulmaz gün

  • + A
  • - A
  • 18-08-2022, 15:20

    "YAŞAT" düşərgəsində unudulmaz gün

    “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 6-cı həftəsinin növbəti gününə səhər idmanı və psixoloqlarla görüş ilə start verilib.

    Sonra Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən mobil tətbiqlər, istifadəçi interfeysi mövzusunda təlim baş tutub.


    Gün dünyada ilk tanker-muzeyi olan "Suraxanı" gəmi muzeyinin nümayəndələrinin təqdimatı ilə davam edib. Muzeyin direktoru Tural İbrahimov Dənizkənarı Milli Parkda yerləşən və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Suraxanı" gəmisi barədə ətraflı məlumat verib. Nümayiş olunan eksponatlar da böyük maraq doğurub.

    “Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnaya qapalı hovuzda uşaqlara yelkənçinin qayığı, əşyaları barədə təqdimat edib.

    Sonra Xüsusi Təyinatlı Qüvvələrin qazilərinin iştirakı ilə səmttəyinetmə ilə bağlı təlim keçirilib və yarış təşkil olunub.

    Həmçinin düşərgə iştirakçılarından Xəyal Poladovun doğum günü qeyd olunub. Gün konsert proqramı ilə başa çatıb.


    Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

    Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

    Sponsorlar: “PAŞA Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR