AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonu baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 22-08-2022, 13:26

    Həftə sonu baş verən cinayət və hadisələr

    - 20 və 21 avqust tarixlərində ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 59 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

    **

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Muradov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 1 kiloqram 645 qram marixuana, 73 qram tiryək, 64 qram metamfetamin və 1 ədəd bıçaq maddi sübut kimi aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    **
    Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən
    Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.
    Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.

    ***

    Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən
    Ç.Kərimov saxlanılıb.

    ***
    Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Yusufovun yaşadığı ünvana baxış zamanı oradan 11 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
    **
    Avqustun 21-də saat 17 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini C.Mehdiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Xanımana Aslanovanı vurub.Nəticədə piyada hadisə yerində ölüb.
    Sumqayıt ŞPİ-də araşdırma aparılır.


    ***

    Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 240 manat pul və 500 manat dəyərində qol saatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Z.Ordiyev saxlanılıb.


    ***
    Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda 1207 manat, 900 ABŞ dolları, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb.

    ***

    Cari il avqustun 20-də bir qadına məxsus “Range Rover” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.
    ***


    Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş E.İsmayılov və N.Hüseynov saxlanılıb. Üzərilərinə baxış küçirilən zaman onlardan 558 qramdan artıq heroin, 500 qram metamfetamin və 3 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR