AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilə bilər

  • + A
  • - A
  • 22-08-2022, 19:20

    Sabah BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilə bilər


    Rusiya Kiyevin Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ətrafında davam edən təxribatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının avqustun 23-də təcili iclasının keçirilməsini xahiş edib.

    Bu barədə Rusiya Federasiyasının Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında məlumat verib.

    "Ukraynanın ZNPP-yə qarşı davam edən təxribatları ilə əlaqədar olaraq, biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki "beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik. BMT-nin baş katibi Antonio Quterreşin orada çıxış etməsini xahiş etdik. İclas Avqustun 23-də Moskva vaxtı ilə saat 22:00-a planlaşdırılıb”, - Polyanski qeyd edib.

    Ertəsi gün Moskva vaxtı ilə saat 17:00-da Ukrayna ilə bağlı Qərb dövlətlərinin tələb etdiyi növbəti görüş olacaq”, - diplomat bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR