AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oreo, Mikado və Pepitoda da salmonella aşkarlandı

  • + A
  • - A
  • 28-08-2022, 20:40

    Oreo, Mikado və Pepitoda da salmonella aşkarlandı


    Qəlyanaltıları ilə tanınan ABŞ-da yerləşən və Oreo, Mikado və Pepito istehsalçısı olan Mondelezin məhsullarında salmonella bakteriyası ehtimalı səbəbiylə 3 istehsal sahəsini bağladığı bildirilib.

    AzadMedia.az xəbər verir ki, İsveçrəli kakao və şokolad istehsalçısı Barry Callebaut, Mondelezə məhsullarında salmonella bakteriyası ehtimalı ilə bağlı xəbərdarlıq edib.

    Xəbərdə, Ferreronun Kinder məhsulları ilə ortaya çıxan salmonella qalmaqalının oxşarlığını yaşamamaq üçün Mondelezin Oreo peçenyelərinin də istehsal olunduğu 3 böyük istehsal sahəsində bəzi bölmələri qismən bağladığı bildirilib.

    Şirkət rəhbərlərinin bağlanma səbəbini “böyük təmizlik” olaraq önə sürdüyü xəbərdə əsas səbəbin salmonella xəbərdarlığı olduğu qeyd olunub. Qida mütəxəssisləri son vaxtlar istehlak məhsullarında salmonella və buna bənzər bakteriyaların ortaya çıxmasını istehsalçıların "daha qənaətcil" olduqları və ucuz xammala müraciət etmələri ilə əlaqələndirirlər.

    Sözügedən şirkətlər Fransada Nestle şirkətinə aid Buitoni pizzalarında, Avropanın bir çox ölkəsində Ferrero qrupuna aid Kinder şokoladlarında və Lactalis qrupuna aid pendirlərdə bakteriya olması səbəbindən bu məhsulların böyük hissəsini bazardan geri çəkmişdi.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şokolad məhsulları ilə bağlı dünyada 151 salmonella infeksiyası var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR