AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş direktor “Facebook” üzərindən canlı yayım vasitəsilə abonentlərin problemlərini dinləyir

  • + A
  • - A
  • 30-08-2022, 16:10

    Baş direktor “Facebook” üzərindən canlı yayım vasitəsilə abonentlərin problemlərini dinləyir

    “Azəriqaz” İB-nin baş direktoru hər həftənin çərşənbə günü saat 15:00-da “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir. Artıq növbəti çərşənbə günü bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq. Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir. Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq. “İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!
    Xüsusi qeyd: Dövlət qurumları arasında ilk dəfə olaraq eyni anda "Facebook"la paralel olaraq "İnstaqram"da da canlı yayım təşkil olunacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR