AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: "Xalq Sığorta" başdan-ayağa flrıldaqçılıqla məşğuldur"

  • + A
  • - A
  • 30-08-2022, 22:27

    Millət vəkili:  "Xalq Sığorta" başdan-ayağa flrıldaqçılıqla məşğuldur"

    Millət vəkili Fazil Mustafa sığorta şirkətlərinin fırıldağından, vətəndaşları süründürməsindən və deyilən məbləği verməməsindən yazıb. Həmişə cəsarətli çıxışları ilə fərqlənən millət vəkili konkret olaraq ad çəkərək fırıldaqçıları ifşa edib. Azadmedia.az F.Mustafanın sığorta ilə bağlı şəxsi facebook səhifəsində yazdığını olduğu kimi dərc edir:
    ""Xalq sığorta" da başdan-ayağa flrıldaqçılıqla məşğuldur. Göyçay filialı maşını vurulmuş İsmayıllı sakini Ağayev Sahab Gülsahab oğlu adlı vətəndaşa qaynar xətdə (182 nömrəli) 1020 manat veriləcəyini demişlər. Adama 0552057315 nömrəli telefonu əlaqə üçün SMS-də göndərirlər, bu nömrə də cavab vermir. Həm də bu rəqəm hər iki tərəfə yarıbayarı ödənməlidir. Ay yarım keçib yoxsul vətəndaş yüz dəfə kontur işlədib zəng edəndən sonra bildiriblər ki, veriləsi rəqəm 500 manatdır. Vətəndaş etiraz edib. Qaldırıblar 700 manata. Cəmi 350 manat almalıdır, adama hesab da açdırıblar, onu da ödəmirlər. Dövlətin düşmənləri belələridir. Vətəndaş maşın sürə bilmir ki, təmirə ehtiyacı var. Görünür o 350 manatdan da umacaqları var. Bu başdan-ayağa özbaşınalıqdır. Görün hər gün minlərlə vətəndaşı necə bezar edirlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR