AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti Ənvər Həsənov karonavirusa yoluxub - Rəsmi

  • + A
  • - A
  • 31-08-2022, 12:28

    Xalq artisti Ənvər Həsənov karonavirusa yoluxub - Rəsmi

    Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.
    30.08.2022-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31.08.2022-ci ildə pozitiv çıxıb.
    Eyni zamanda, 31.08.2022-ci ildə xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.
    Qeyd edək ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.
    Əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR