Bu gün ali məktəblərə tələbə adı qazanmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə imtahan verir. DİM-in rəsmi məlumatına görə İmtahanda
22146 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi–müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.
Abituriyentlərdən 20071 nəfər Azərbaycan, 2075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5579 nəfəri oğlan, 16567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Əndrabadi təhsil sistemimizdə tədris ili başa çatmadan imtahanların verilməsi və imtahan vermiş şagirdlərin orta məktəblərə cəlb olunma çağırışı təhsilin ayrı qara yarasıdır, bu barədə uzun danışıb imtahan əhvalımızı korlamayaq. Buraxılış vərəqəsində yazıldığı kimi, əksər valideynlər, qohumlar, dostlar, tanışlar abituriyentləri nəzərdə tutulan imtahan keçirilən binalara gətirir. Mən də övladını imtahana gətirən valideynəm bu gün. Qızım 248 nömrəli məktəbdə imtahan verir. Əslində hər uşaq təhsil aldığı məktəbdə imtahan versə, daha məqsədəuyğun olar. Valideynlər məcburdu tanımadığı ərazidə imtahan verən övladlarını 4 saat küçədə gözləməyə. Bakıda ağaclara qarşı soyqırımı hamımız bilirik, benəva valideynlər günün altında gözləyir. İlk övladlarını imtahana gətirənlər daha çox həyəcanlı görünür. Çatan kimi qızımı içəri göndərirəm ki, rahat olsun, toparlansın 1 saat ərİndə.
Əvvəlki imtahanlardan fərqli oıaraq TƏBİB-in TTY maşınları gözümə dəymir...
Anasının yanında siqaretini axıra qədər çəkib sənədləri götürən abituriyentə əvvəl təəccüblə baxsam da, özümü ələ alıram, - zəmanə uşaqları belə olur, dar düşüncəli olma, Elnurə, - deyirəm öz-özümə. Biraz aralıda isə xoş görüntülü üzlərindən məhəbbət yağan gənclər durub. Saat 10-dan gəlsələr də son dəqiqələrə qədər birgə zaman keçirmək fürsətini əldən vermədilər.
Əvvəl xarici ölkələrdə təhsil üçün vərəqə paylayan gənclər gəldi, bir-birinin ardınca. Normal qarşılanır. Bəlkə gələcəkdə faydasını görənlər olacaq. Hələ nəzərə alaq ki, paylayan gənclərə bu işlərindən gəlir də gələcək.
Sonra əlində xəstə uşağının fotosu, xəstəlik kağızlar olan abırlı adama oxşayan ata gəldi. Duyğularımız üstünlük gəldi, demək olar ki, 90 faiz valideynlər ona gücü çatan köməyi etdi.
Ardınca qanqaraldıcı hadisələrə start verilib. Cavan, yaşlı qadınlar növbə ilə düşüb valideynlərin canına. Yeniyetmə uşağının əlinə kağız verib diləndirənlər də var. Heç biri qaraçıya oxşamır. İşbazlar, fürcətcillərdir hamısı. İmtahan təzə başlayıb, bunların ardı kəsilmir. İnsanları övladlnın imtahanları ilə manipulyasiya edirlər, əsəblər biraz da gərilir.
Fürsətdən istifadə edib Daxili İşlər naziri cənab general-polkovnik Vilayət Eyvazova müraciət edirəm.
Xahiş edirəm, imtahan keçirilən bina ərazilərində əməkdaşlarınızın sayını artırın, valideyn kimi xoş həyəcanımızı yaşayaq, qanqaraldan hadisələr yox!Qeyd: TTY maşını varmış. Sadəcə həmişəkindən fərqli, mərkəzdə deyil, nəzərimdən qaçıb.Elnurə Abuşova