AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zorakılıqdan zərərçəkmiş qadınlar üçün...

  • + A
  • - A
  • 10-07-2023, 17:44

    Zorakılıqdan zərərçəkmiş qadınlar üçün...

    “Təmas” Regional İnkişaf İctimai birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın) fəaliyyətinin dəsətəkləməsi və zorakılıqdan zərərçəkmiş qadınlar üçün təlimlərin təşkili” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi Kiçik Qrant müsabiqəsində qalib gəlmişdir.

    Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunmasıdır. Həmçinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)” fəaliyyətinin dəstəklənməsi və “Şəxsi inkişaf” təliminin təşkili əsas məqsədlərdəndir.

    Təşkilatın rəhbəri Südabə Məmmədova qeyd edib ki, artıq 10 ildən çoxdur ki, Gəncə şəhərində genderəsaslı zorakılıqdan əziyyət çəkən qadın və uşaqlar üçün sığınacaq fəaliyyət göstərir: “Agentlik tərəfindən növbəti dəfə sığınacağın davamlı fəaliyyəti üçün dəstəyin göstərilməsi çox əhəmiyyətlidir. Çünki təşkilatın məhdud resursları sığınacağın tam gücü ilə fəliyyət göstərməsinə imkan vermir. Layihənin icrası sığınacaqda göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına bilavasitə təsir edəcəkdir. Regionda yeganə olan mərkəz-sığınacağın fəaliyyəti bir başa zorakılıqdan əziyyət çəkən və bütün yaş qruplarını əhatə edən qadın və uşaqlara sosial xidmətlərin göstərilməsinə istiqamətlənir”.

    Qeyd edək ki, layihə 3 aylıq bir dövrü əhatə edəcək. Layihə çərçivəsində insan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya, reabilitasiya mərkəzinin davamlı fəaliyyətinin təşkili, sakinlərin gündə 3 dəfə yeməklə, həmçinin təmizlik və gigiyenik vasitələrlə təmin olunması, ilkin ehtiyacların ödənilməsi və zorakılıqdan zərərçəkmiş 15 qadın üçün “Şəxsi inkişaf” təliminin təşkili kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR