AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvan Göyçə gölünü qurutmağa hazırlaşır

  • + A
  • - A
  • 11-07-2023, 23:48

    İrəvan Göyçə gölünü qurutmağa hazırlaşır

    Kənd təsərrüfatı sahələrinin suvarılması üçün su çatışmazlığı səbəbindən Ermənistan hakimiyyəti avqustda Göyçə gölündən növbəti su qəbulunu həyata keçirməyi planlaşdırır. Lakin Ermənistan rəhbərliyinin təşəbbüsü ekoloqların müqaviməti ilə üzləşib.
    Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan layihəni təqdim edib, layihəyə əsasən Göyçə gölündən suyun alınmasının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Onun sözlərinə görə, suyun qəbulunun artırılması kənd təsərrüfatı ehtiyacları üçün lazımdır.

    "Məzmun baxımından layihə Göyçədən suyun alınmasının 170 milyon kubmetrdən 240 milyon kubmetrə çatdırılması təklifidir. Bu, hava şəraiti, su anbarlarının və çayların dolması ilə əlaqədardır". – Vaçe Terteryan deyib.

    Lakin Ermənistan Milli Elmlər Akademiyasının Göyçə gölünün mühafizəsi üzrə ekspert komissiyası Göyçədən suyun alınmasının artırılmasını nəzərdə tutan layihəni rədd edib.

    Bundan əvvəl ekoloq Knarik Hovhannisyan xəbərdarlıq etmişdi ki, Göyçə tədricən bataqlığa çevrilir. Buna gölə axan çayların suyunun təmizlənməməsi, gölün yaxınlığındakı turizm bazalarından suların axıdılması, həmçinin həddindən artıq su qəbulu kimi amillər şərait yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR