AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Esse yazmaq üçün kriteriyalara cavab vermək lazımdır - Ekspert

  • + A
  • - A
  • 11-09-2023, 18:45

    Esse yazmaq üçün kriteriyalara cavab vermək lazımdır - Ekspert


    Bu gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Naziri Emin Əmrullayevin şagirdlərin esse yaza bilməməsinə irad bildirməsi birmənalı qarşılanmadı. Sadəcə attestat verən inzibati binaya çevrilən məktəblər şagirdlərə bilik öytərmir. Bunu hamımız bilirik. Yüksək bal toplayan şagirdlərin uğurları məktəblərin yox, valideynin zəhməti, pulu hesabına tutulan repititorların hesabınadır. Bəs esse? Şagirdlərə esse yazmağı kim öytərməlidir? Onu da repititor öyrətsin?

    Mövzu ilə bağlı Azadmedia.az təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib.
    Əməkdaşımızla söhbət zamanı Elmin bəy bildirib ki, əslində bu gün mənə qəribə gələn təhsil naziri Emin Əmrullayevin sözləri deyil, həmin sözlərə olan reaksiyadər. Onsuz da hamıya bəlli olan, ( hamı deyəndə mən burda təhsil ictimaiyyətini, təhsil verənləri, məktəb rəhbərliyini, təhsil rəsmilərini nəzərdə tuturam - ekspert) - reallıq idi. Hamı bilir ki, Azərbaycan dilində ən yüksək bal toplayan abituriyentlər bir səhifəlik esse yaza bilmirlər. Həddindən artıq doğru yanaşmadır. İna görə ki, bizim təhsilimiz artıq qəbul imtahanlarına hazırlıq mexanizmi üzərində qurulub: "Məktəb həddindən artıq nüfuzdan düşüb. Test amili məktəbin imicinə həddindən artıq zərər vurub. Doğrudur, test amilinin inkişaf etməsinə, repititorın bu qədər ayaq açmasına səbəb zatən məktəb imicinin aşağı olması faktı idi. Amma məsələnin digər tərəfi də var ki, bunlar əsas lokomotivə çevrildikcə məktəbi daha da nüfuzdan salırlar. Ümumiyyətlə, daha intellektual məkan olaraq formallaşdırırlar. Bu isə qəti yolverilməzdir.
    Bəli, test imtahanı şəffaflıq baxımından, dürüstlük baxımından bir çox neqativlərin qarşısını aldı. Amma həmin etap artıq keçmişdə qalıb. İndi dünyanın təhsil mənzərəsi test üsulu ilə ölçülmür. Test üsulu qüvvəsində qala bilər, amma onunla bağlı çox ciddi bir dəgişikliklər lazımdı. Biz 90-cı illərin əvvəllərində test imtahanından necə istifadə edirdiksə, indi onun cüzi dəyişmiş formasından isrifadə edirik. Belə olmir. Çağdaş dünya təhsili testin qapalı sualları ilə məhdudlaşmır. O fikir istəyir, ifadə azadlığı istəyir, məntiqi mühakimə istəyir. Test bunları vermək gücündə deyil. Versə də belə, çox az qismini əhatə edir. Ona görə də çox təcili addımlar atılmalıdır. Esse yaza bilməmək nə deməkdir? Bu o deməkdir ki, insanda özünüifadə zəifdir. İnsanda fikirlərini çatdırmaq bacarığı sıfır səviyyədədir. Ən əsası insanda nitq qurmaq imkanları sıfır həddindədir. Esse yaza bilməmək budur. Şərt o demək deyil ki, sənin qarşına kağız qoyurlar, yazıb doldura bilmirsən. Esse yazmaq üçün kriyeriyalara cavab vermək lazımdır".

    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR