AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • Bu gün, 11:59

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
    ***

    Yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    ***

    Polis əməkdaşlarının yanvarın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
    ***

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 6 pulemyot, 2 qumbaraatan, 30 tüfəng, 3 patron darağı və 77 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
    ***
    Paytaxt yollarında yol-nəqliyyat hadisəsi baş verdikdə nəqliyyat sıxlığı necə yaranır?

    Növbəti belə hadisə Suraxanı rayonu, Aeroport şosesində qeydə alınıb. Ötən gün axşam saatlarında baş verən bu qəza səbəbindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində sıxlıq yaranıb.
    ***

    Hövsanda dəniz kənarında avtomat aşkarlanıb


    Suraxanı rayonunun Hövsan qəsəbəsində odlu silah tapılması barədə polisə məlumat daxil olub.
    Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 29 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah-sursat müvafiq ekspertizaya göndərilib.
    Faktla bağlı araşdırma aparılır.
    [17.01 09:53] Elbrus İbrahimov DİN Media: *Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb*
    Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 150 manat pul, 2080 manat dəyərində spirtli içkilər və tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub.
    Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən X.Məmmədov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    Sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin məsuliyyətdən yayınmaq cəhdləri uğursuz oldu

    Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə süni gərginlik yaratmağa calışıb.

    Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR