“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Şəhidimiz Cavidan Ağayevin anası Gülnarə Ağayevaya diz artoskopiyası əməliyyatı keçirilib.
Müvafiq əməliyyat üzrə xərclər "YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (
https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.