AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pensiya hüququnun təmin edilməsinin hüquqi əsasları" mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-09-2023, 09:39

    “Pensiya hüququnun təmin edilməsinin hüquqi əsasları" mövzusunda təlim keçirilib - FOTOLAR


    “Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir. Layihə çərcivəsində aşağıdakı işlər həyata keçirilir:

    Sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi;
    Sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması;
    Bakı şəhərində, Tovuz və Ağstafa rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi; vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim və ictimai müzakirələrin təşkili;
    Layihədə nəzərdə tutulan fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyyələr” adlı yekun sənəd hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilməsi.
    Layihənin icra planına uyğun olaraq sentyabrın 27-də “Pensiya hüququnun təmin edilməsinin hüquqi əsasları" mövzusunda praktik hüquqşünaslar və bu sahə ilə maraqlanan şəxslər üçün təlim keçirilib. Təlimdə ilk öncə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilib. Təlimi aparan layihə meneceri, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev interaktiv metodlarla sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin pensiya hüquqlarıının reallaşdırması zamanı meydana çıxan problemlərə və onlarla bağlanmış əmək müqaviləsinin xitam edilməsinin praktiki problemlərinə toxunub, mübahisəli məsələlər əsasında yaranmış problemlərin həlli yolları göstərib. Sonra layihənin hüquqşünası Kamran Əliyev layihə müddətində Hüquq Klinikasında göstərilən xidmətlər barəsində geniş məlumat verib. Təlimin sonunda mövzu ilə bağlı məsələlər, eləcədə hüquq klinikasına müraciət etmiş şəxslərin mübahisəli məsələləri geniş şəkildə müzakirə edilib və təlimlərdə iştirak edən dinləyicilər təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq onun davamlı olmasını arzu ediblər. Birliyin sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri A.M.Şərifzadə 122/121 ünvanına müraciət etməyi xahiş edir.

    Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).

    Qeyd edək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. Birlik Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür.



    Daha ətraflı: www.rsr.az ,www.udpo.az



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR