AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ödənişsiz hüquqi yardım xidmətləri təşkil olunur - FOTOLAR

  • + A
  • - A
  • 8-09-2023, 19:26

    Ödənişsiz hüquqi yardım xidmətləri təşkil olunur - FOTOLAR


    “Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini uğurla icra edir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyul ayının 1-dən fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla- əmək, tibb, sosial təminat, ailə, təhsil və s. ilə bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir. Layihə çərcivəsində sentyabrın 7-də Tovuz və Ağstafa rayonlarında sosial müdafiəyə ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım günü keçirilib.

    Ağstafa və Tovuz rayonundan müraciət etmiş benefisarların qanunvericiliklə bağlı məlumatlılığı artırılıb, onlara ödənişsiz hüquqi yardım və məsləhət xidməti təşkil edilməklə hüquqi yardıma əlçatanlığı təmin edilib, benefisiarların müraciətləri əsasında 25 nəfərə müxtəlif orqanlara ərizələr yazılmış və 45 nəfərə isə şifahi qaydada hüquqi məsləhət xidməti göstərilib.

    Qeyd edək ki, layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

    Klinikanın ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121

    Əlaqə telefonları: mob: 055 612 85 45, 012 310 37 78


    Məlumat üçün bildirək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. Birlik Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür.

    Daha ətraflı: www.rsr.az







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR