AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ödənişsiz hüquqi yardım xidmətləri təşkil olunur

  • + A
  • - A
  • 17-07-2023, 18:20

    Ödənişsiz hüquqi yardım xidmətləri təşkil olunur

    “Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihənin icrasına başlayıb.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur. Layihənin əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

    Layihə çərcivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi; sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması; Bakı şəhərində, Tovuz və Ağstafa rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi; vəkilliyə namizəd olan şəxslərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlim və ictimai müzakirələrin təşkili; layihədə nəzərdə tutulan fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılmasıdır. Qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyyələr” adlı yekun sənəd hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcək.

    Məlumat üçün bildirək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. Birlik Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür.

    Daha ətraflı: www.rsr.az

    Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya sentyabr ayının 1-dən etibarən müraciət edilə bilər.

    Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

    Klinikanın ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121

    Əlaqə telefonları: mob: (055) 612 85 45, (012) 310 37 78


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR