Etibar Əliyev,
Milli Məclisin deputatıAzərbaycanda elmi jurnalistika varmı? Jurnalistika ixtisası verən ali məktəblər bu istiqamət üzrə tədrisi təşkil edə bilirlərmi? Ümumiyyətlə, meyl varmı? Oxuduğum bir nümunəni misal çəkəcəm və kitab təqdimatı layihəmdə dünyada jurnalistlərin yazdığı bir neçə ciddi elmi kitabların təqdimatını aparacam.
Fizika üzrə Nobel mükafatı laureatı Rudolf Messbauer (kəşf etdiyi effekt öz adını daşıyır) bu mükafata 32 yaşında layiq görülüb. Böyük fizik müsahibələrinin birində elmi jurnalistikanı belə xarakterizə edib.
Sual: Sizcə elmi təkcə xüsusi istedada malik alimlər populayarlaşdırmalıdırlar? Yoxsa üstünlüyü "təmiz jurnalistlərə" vermək lazımdır?
Cavab: Düşünürəm ki, adi jurnalist elmi işin mahiyyətini çox vaxt anlamır. Biz tez-tez qəzet və jurnallarda jurnalistlərin məqalələri və qeydlərinə rast gəlirik. Xeyli yanlışlıqlara yol verirlər. Bunlarla tanışlıq insanı ağrıdır. Elmdən məlumatı olan şəxslə söhbət daha maraqlı alınır. Məsələn, Münhendə bir jurnalist var. O, bizdə diplom işini müdafiə edə bilmədiyinə görə Universitetdən xaric olundu. Bilirsiniz, sonradan möhtəşəm elmi jurnalist oldu. İndi tanınmış jurnallarda elm haqqında olduqca maraqlı məqalələr yazır. Bu adamın fizika təhsili var. O, elmdə çox şeyləri bildiyinə görə populyar yazır. Və bu səbəbdən çox tanınmış jurnalist ola bildi. Demək istəyirəm ki, bu şəxs böyük alimlərdən daha maraqlı yazır. Bu yaxınlarda mən bir yerdə dedim ki, onu universitetdən xaric edən professorlara təşəkkür düşür. Əgər onu universitetdən qovmasaydılar hansısa laboratoriyada gününü keçirən zəif bir fizik olacaqdı. Belədə isə o, əla elmi jurnalistdir. Bəlkə yaxşı fizik yetişdirmək üçün də bu üsul yetərli ola bilər: kimlərisə jurnalistika fakültəsindən xaric etməliyik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.