15 yanvar 2025-ci il tarixdə Masallı rayonunun Yeyənkənd kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılışı mərasimi olmuşdur.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, media və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən rayon rəhbəri şəhid anasını fərdi yaşayış evi ilə təmin olunması münasibəti ilə təbrik etmiş və şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etmişdir.
Şəhid anası Gülsüm Xəmmədova Şəhid adını daim uca tutaraq şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşan Ölkə rəhbəri, Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlığını ifadə edərək bildirmişdir ki, evimin olmadığı məlumatını bildirən kimi dərhal mənim üçün torpaq sahəsi ayrılaraq yeni fərdi evin tikintisinə başlanılmış və bu gün artıq evin açılışı mərasimi keçirilir. Evin tikintisində zəhməti və əməyi olanların hər birinə ayrı-ayrılıqda təşəkkürünü ifadə etmişdir.
Mərasimdə şəhid atası Qismət Məlikov, kənd ağsaqqalı Fəxrəddin Fərəcov, kəndin din xadimi Abuzər Axundov və başqaları çıxış edərək şəhid ailələrinə və digər imtiyazlı şəxslərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildmirşlər.
Sonda mərasim iştırakçıları evdə yaradılımış şəraitlə tanış oldular.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.