AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Handysize” tipli “Xocalı” gəmisi ABŞ sahillərində

  • + A
  • - A
  • Dünən, 21:29

    “Handysize” tipli “Xocalı” gəmisi ABŞ sahillərində

    Cari ilin ilk günlərində 33 000 ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi təyinat nöqtəsinə çatıb.

    Gəmi hazırda ABŞ-nin qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.

    Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib.

    Məhdudiyyətsiz üzmə imkanlarına malik olan “Xocalı” gəmisinin dedveyti 38593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR