AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UİF-in qalibi Məryəm Mövlamlı oldu

  • + A
  • - A
  • 14-11-2023, 14:33

    UİF-in qalibi Məryəm Mövlamlı oldu

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.
    Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

    Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov, "BP" şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məkanda nümayiş etdirilən rəsm, bədii sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik və keramika məmulatları və s. ibarət sərgi ilə tanış olublar.
    Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib olub.

    Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.

    Kollektiv nominasiya üzrə ümumilikdə 15 kollektiv qalib olub. Onlardan 7-si I, 5-i II, 3-ü isə III yeri qazanıb.

    Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
    Finalda qaliblərindən biri, I yerə layiq görülən Məryəm Mövlamlıdır.

    Finalda qalib olan rəsm

    Məryəm çox istedadlı, gələcəyi parlaq rəssamlarımızdandır. Azadmedia.az dəfələrlə Məryəmin uğurlarına şahidlik edib, fərdi sərgisində iştirak edib.
    Qaliblərin sırasında Məryəm Mövlamlının olması məni çox sevindirdi. Perspektivli uşaqlar üçün belə motivasiyaverici tədbirlərin keçirilməsi çox önəmlidir.
    Qeyd edim ki, müsabiqə 3 turdan ibarət olub, Məryəm hər dəfə yeni rəsmləri ilə tur müsabiqələrinə qatılıb.
    Mükafatlandırma mərasimindən sonra festivalın ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhərinin adı açıqlanıb. Bakı şəhəri adıçəkilən nominasiyalara görə növbəti il festivala ev sahibliyi etmək hüququ qazanıb.

    Sonda ölkəmizin tanınmış incəsənət ustaları və UİF-nin qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

    Bununla da müstəqillik dövrünün ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalına yekun vurulub.

    Xatırladaq ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində gerçəkləşib.

    Elnurə







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR