AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Proqramı sadələşdirin, uşaqlar uşaqlıqlarını yaşaya bilmirlər - Müəllimdən nazirə ÇAĞIRIŞ

  • + A
  • - A
  • 14-02-2024, 13:27

    Proqramı sadələşdirin, uşaqlar uşaqlıqlarını yaşaya bilmirlər - Müəllimdən nazirə ÇAĞIRIŞ

    Artıq müəllimlər də dilə gəlit, təhsilin, dərsliklərin bərbad vəziyyətindən yazır. Mənim də övladım şagird olub. Keçmişəm o yolları. Proqram o qədər ağır və quru cümlələrdən ibarətdir ki, uşaqlar təhsili, məktəbi sevmək əvəzinə nifrət edir.
    Müəllimə Gülsüm Biləndərli sosial şəbəkə üzərindən Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edib. Dərsliklərin, dərs yükünün ibtidai siniflər üçün ağır olduğunu bildirib.
    Azadmedia.az Gülsüm müəllimənin sözügedın müraciətini təqdim edir:
    "Hörmətli təhsil nazirimiz!
    Sizdən acizanə dərəcədə xahiş edirəm ibtidai sinfin dərsliklərinə yəni riyaziyyat və ana dilinə şəxsən diqqət ayırın, Proqramı sadələşdirin. Uşaqlar uşaqlıqlarını yaşaya bilmirlər. Çox və çox çətinlik çəkirlər. Sizin təhsil ekspertləriniz bizə Yaponiyanı nümunə gətirəndə mən də dedim biz Yaponiyada yaşamırıq və bizi heç müqayisə eləmək olmaz. Hötmətli Emin müəllim, yəni heçmi vaxtınız olmur məni bircə saat dinləyəsiniz Sizə nümunə çəkəm həmin yapon təhsilindən yəni ibtidai təhsildən.
    Gəlin bərabər təhsilimizi yenidən quraq, yaxşı köhnəni bərpa edək yeniliyə doğru addımlayaq.
    Bircə saat məni dinləsəniz bəlkə mövqeyiniz dəyişər.
    Mənim Sizdən şəxsi işim üçün heç bir istəyim yoxdur. Mən sadəcə xalqımı dövlətimi sevirəm və xahiş edirəm dərsliklərə nəzər salın. Mütləq alim, həkim, psixoloq və müəllim rəyini nəzərə alıb bu işlə ciddi məşğul olun. Bizə mükəmməl təməli qoyulan təhsil lazımdır ki gələcəyə daha böyük uğurlarla addımlayaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR