Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihə artıq başlamışdır.
Layihənin əsas məqsədi bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.
Layihə çərçivəsində Naftalan şəhəri, Yevlax rayonu, Xaçmaz rayonu və Şirvan şəhərində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə Reabiltasiya Mərkəzində bərpa reabilitasiya alan 18-65 yaş aralığında 20 nəfərdən ibarət məlumatsız əliliyi olan şəxslərə aktiv məşğulluq və özünüməşğulluq proqramından necə yararlanmalı, Peşə Reabiltasiya mərkəzləri haqqında məlumatların verilməsi, Ablimpiya və Paralimpiya haqqında marifləndirmə və DOST İnkluziv və Yaradıcılıq mərkəzlərindən necə fadalanmaları haqqında aidiyətı qurumların nümayəndələri və ekspert tərəfindən tədbir-məlumatlandırma aparılacaqdır. İştirakçıların yaradıcılıq istiqamətləri, imkanlarının müəyyənləşdirilməsi və yönəldilməsinə dəstək olunacaqdır. Layihə 3 ay davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.