AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müstəqil Azərbaycan – Azərbaycan Demokratik Respublikası

  • + A
  • - A
  • 5-06-2024, 13:15

    Müstəqil Azərbaycan – Azərbaycan Demokratik Respublikası

    1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. ...Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.
    1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi Dövlət Bayrağı kimi qaldıraraq təsis etdi. 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkəmizdə sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətlərinin nəticəsi idi.
    Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək “Respublika Günü” adlandırılıb. Azərbaycan Parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Həmin qanun təsdiq ediləndən sonra Azərbaycan Müstəqillik Gününü qeyd edir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldılıb...
    Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının Mahaçqala şəhərində, Müstəqil Azərbaycan dövlətinin - ADR-in qurulması ilə bağlı, “Dağıstan Azərbaycanlıları Milli-Mədəni Mərkəzinin rəhbəri Raqif Əzimovun təşkilatçılığı ilə mıhtəşəm tədbir keçirildi. Tədbirdə həm də Ulu öndərimiz Hüydər Əliyevin 101-ci il dönümü qeyd edildi.
    Tədbirdə Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizov, İnquşetiya Azərbaycanlıları Şuşa Regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, Dağıstan Respublikasının Milli məsələlər üzrə nazirin müavini Taqirova Janna Osmanovna və b. iştirak edirdilər. Dərbənd Dövlət Dram teatrının kollektivi xüsisi konsert proqramı ilə çıxış etdi.
    Tədbir Əziz Əliyevin abidəsi önünə əklil qoyulması başladı.
    Tədbirdə Rusiya, Dağıstan və Azərbaycan Respuyblikalarının dövlət himniləri səsləndirildi.
    HAŞİYƏ:
    ...Ə.Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilir. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyir.
    Əziz Əliyev Dağıstan xalqının tarixində misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar.

    Elçin Şükür






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR