Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” ekoloji layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, 2024-cü ilin 01 iyul ayında başlayan, 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Kiçik Qafqazın şimal-qərbində turizmin inkişafı, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların arasında sağlam həyat tərzinin təbliğ olunması nəzərdə tutulan tədbirlər həyata keçirələcəkdir.
Layihənin məqsədi Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Daşkəsən rayonun Xoşbulaq kəndində yaşayan yerli əhali, yeniyetmə və gənclər arasında ekomaarifləndirmə tədbirlrinin keçirilməsi, onların təbiətə və heyvanlara olan sevgisinin və məlumatllılığın artırılmasından ibarətdir. Layihə çərcivəsində ətraf mühitin mühafizəsi, Kiçik Qafqazın şimal-qərbində turizmin inkişafı, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların arasında sağlam həyat tərzinin təbliğ olunması ilə bağlı tədbirlər həyata keçirələcəkdir. Eyni zamanda küçə heyvanlarının qorunması, veterinar həkimlər tərəfindən bir qisminin müayinə peyvənd(quduzluq ,parvovirus ,distemper, hepatit, odinavirus, taun), küçə heyvanlarına (it, pişik və quş) veterinar həkimlər tərəfindən tövsiyyə edilən daha bəsləyici balanslaşdırılmış hazır paketlənmiş qidaların verilməsi və müəyyən yerlərdə qablarda qoyulması, küçə heyvanlarına yerli əhali tərəfindən diqqət və qayğının göstərilməsi qaydaları barəsində orta məktəb və yerli əhali ilə birlikdə yuxarıda gıstərilən tədbirlərin aparılması və maarifləndirmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.