Köhnə Günəşlidə yaşayan sakinlər narahatlıqlarını ifadə edərək Azadmedia.az-a bildiriblər ki, General Şıxlınski küçəsində yerləşən uşaq poliklinikasının ərazisi hansısa MTK-ya satılıb. Sakinlərin bildirdiyinə görə 5 il öncə təmir edilən 8 nömrəli poliklinikanın həyətində ölçmə işləri aparılır. Onlar yaxınlaşıb səbəbini soruşanda bildirilib ki, ərazi satılıb, poliklinikanın yerində 3 ədəd 22 mərtəbəli bina tikiləcək. 8 nömrəli poliklinika Əhmədlinin o biri başında yerləşən 9 nömrəli poliklinika ilə birləşdiriləcək.
Məsələ ilə bağlı sorğumuza TƏBİB-dən bildirildi ki, TƏBİB tikinti və söküntü ilə məşğul olmur. Tibb müəssisələrində tibbi xidmətin təşkili və bəzən təmirlər TƏBİB-də olur.
8 nömrəli poliklinikanın yerinin hansısa MTK-ya satılması, 9 nömrəli poliklinika ilə birləşdirilməsi dezinformasiyadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.