Məşhur Avropa ölkəsində marixuanaya qanuni icazə verildi
Böyük Britaniyada marixuananın satışı leqallaşdırılıb.
Bundan sonra həkim resepti ilə tərkibində marixuana olan preparatları almaq mümkün olacaq.
“Sky New” kanalının xəbərinə əsasən, Britaniya tarixində ilk dəfə olaraq həkimlər xəstəyə tərkibində marixuana olan preparat yazmaq imkanı əldə ediblər. Burada yeganə şərt odur ki, həkim bu preparatı xəstə üçün faydalı hesab etsin.
Qeyd edək ki, eyni qanun 17 oktyabr tarixində Kanadada da qəbul edilib. Bu qanunun qəbulundan sonra ölkədə marixuana çatışmazlığı yaranıb.