AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hitlerin nadir fotosu hərracda satıldı

  • + A
  • - A
  • 15-11-2018, 11:58

    Hitlerin nadir fotosu hərracda satıldı














    Alman dictator Adolf Hitlerin nadir fotolarından biri ABŞ-da hərrac vasitəsilə satılıb.
    Adolfun yəhudi bir ailənin qızı ilə çəkdirdiyi fotoya 11 min dollar ödəyən alıcı tapılıb.

    İlk baxışdan bir qız uşağını qucaqlayan Adolfun fotosu normal görünə bilər. Amma əslində 6 milyon yəhudinin ölümündə günahkar olan nasist liderinin yəhudi qızını qucaqlaması qəribədir.

    Foto 1933-cü ildə çəkilib və qızın adı Roza Bernil Nenaudur. Merilend ştatındakı “Alexander” tarixi hərrac evi fotoqraf Henri Hoffman tərəfindən lentə alınan fotonu 11 min dollar satıb.

    Hitler foto çəkildikdən sonra Roza ilə dostlaşıb. Amma 5 il sonra yanındakıların müdaxiləsi ilə uşaqla əlaqəsini kəsib.
    Hitler Roza ilə eyni gündə anadan olduqları üçün tanış olub. Roza ilə anası o dövrdə baş nazir olan Hitlerin ad gününü qeyd etmək üçün Adolfun Alp Dağlarındakı Berghof rayonundakı evinin qarşısına toplaşan kütlənin içində olub. Adolf eyni gündə anadan olduqlarını öyrəndikdən sonra Roza və anası Karolini evinə dəvət edib. Fotolar da o vaxt çəkilib.

    Roza 17 yaşı olanda, Münhendəki xəstəxanaların birində iflicdən dünyasını dəyişib.

    Hitlerin nadir fotosu hərracda satıldı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR