Roza Zərgərlinin imtina etdiyi maşının aqibəti ilə bağlı AÇIQLAMA
Ötən həftə bitən “Maşın” şouda sonda qalib gələn Roza Zərgərli maşından imtina edərək hər kəsi təəccübləndirmişdi.
Lakin layihənin aparıcısı Murad Dadaşov avtomobili qəbul etsə də, onun sonrakı taleyi ilə bağlı açıqlama verəcəyini demişdi.
Hadisədən bir neçə gün sonra Primetime.az saytı “M group” prodakşn ilə əlaqə saxlayıb, maşının son taleyi ilə bağlı məlumat alıb:
“Roza Zərgərli öz çıxışında da qeyd etdi ki, maşın hər hansı bir xeyriyyə məqsədi ilə istifadə edilsin və yaxud da ehtiyacı olan şəxsə verilsin. Oyunun qaydalarına görə maşını 1 il müddətində satmaq və ya kiməsə hədiyyə etmək olmaz. Bu, müqavilədə də qeyd olunub. Hazırda avtomobil “M group” prodakşndadır. Yaradıcı heyət indi məzuniyyətdə olduğu üçün hələ ki heç bir qərar qəbul edilməyib. İstirahətdən qayıtdıqdan sonra layihənin rəhbəri və aparıcısı Murad Dadaşov son qərarını verəcək. İki ay ərzində bu qərar mətbuata açıqlanacaq”
“M group” prodakşnın nümayəndəsi sosial mediada yarışmada qayda pozuntuları ilə bağlı iddialara da aydınlıq gətirib:
“Yarış müddətində heç bir qayda pozuntusu olunmayıb. Biz dəfələrlə videoya baxıb, iclas keçirmişik. Finala qalan üçlü arasında heç bir gizli razılaşmaya rastlaşmadıq. Əgər belə bir hadisə olsaydı, finalçılar yarışdan uzaqlaşacaqdı. O ki qaldı Roza Zərgərlinin Hüseyn Əzizoğluya fiziki təzyiqə. Videolardan göründüyü kimi, belə bir şey olmayıb. Düzdür, Roza Hüseynin üstünə su və meyvə atıb. Amma o da öz növbəsində xanıma deyilməyəcək sözlər işlədib. Nəzərə alsaq ki, hər ikisi 2 sutka ərzində yatmayıb. Hətta Hüseyn gün ərzində ancaq çörək yeyirdi. O, su içməkdən də imtina etmişdi ki, ayaqyoluna getməsin”.