AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudanda dövlət çevrilişi — Ordu dövlət televiziyasını mühasirəyə aldı (VİDEO)

  • + A
  • - A
  • 11-04-2019, 13:27

    Sudanda dövlət çevrilişi — Ordu dövlət televiziyasını mühasirəyə aldı (VİDEO)















    Sudan da ordu dövlət televiziyasının binasını mühasirəyə alıb.
    Artıq bəzi hərbçilər binaya daxil olublar və bir açıqlama edəcəkləri gözlənilir. Artıq küçələrdə hərbçilər yerləşdirilib. Dövlət televiziyası və radiosu səhər saatlarından milli marş və mahnılar yayımlayır. Eyni zamanda televiziyada alt yazı ilə ordunun qısa müddət ərzində açıqlama verəcəyi bildirilir. Hadisə şahidləri ordunun paytaxt Hartumdakı prezident sarayını da mühasirəyə aldığını deyiblər.

    Minlərlə sudanlı isə ordu qərargahına doğru hərəkət edir. Sudan hökuməti Hartumdakı ordu qərargahı ətrafında rejimə qarşı aksiyalarda dünən 11 nəfərin öldüyünü elan edib. Onlardan 6-ı hərbçidir.
    Qeyd edək ki, ötən həftənin şənbə günündən prezident Ömər əl-Bəşirin istefası tələb edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR