AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH-ın komandanı: “Suriya və İraqda 200 min nəfərlik ordu yaratmışıq”

  • + A
  • - A
  • 19-03-2019, 09:39

    SEPAH-ın komandanı: “Suriya və İraqda 200 min nəfərlik ordu yaratmışıq”














    İslam İnqilabı Keşiçkiləri Korpusu – SEPAH-ın komandanı Məhəmmədəli Cəfəri İranın Suriya və İraqda hər biri 100 min nəfərdən ibarət olan iki yeni ordu formalaşdırdığını iddia edib.

    Teleqraf.com-un məlumatına görə, o qeyd edib ki, Suriyada formalaşdırılmış ordu Bəşər Əsədə bağlı qüvvələrlə birlikdə ölkə müxalifətini yox etmək üçün vuruşacaq.

    M.Cəfərinin iddiasına görə, bu ordu ancaq yerli əhalidən təşkil olunub.

    İraqda yaradılan yeni ordunun tərkibində isə iranlı hərbçilər də var və onların vəzifəsi öz hərbi təcrübələrini bölüşməkdir.

    SEPAH komandanı daxili etirazlara səbəb olmaması üçün İranın Suriyada böyük miqdarda vəsait xərcləmədiyini iddia edib.

    İsrail əleyhinə də fikirlər səsləndirən Məhəmmədəli Cəfəri “Hizbullah”ın siyasi qolunun Böyük Britaniya tərəfindən terrorçu qruplaşmalar siyahısına salınmasının SEPAH-ın qəzəbinə səbəb olduğunu bildirib.

    Rəhbərlik etdiyi qurumun ölkənin daxili və xarici siyasətinə qarışmasını müdafiə edən M.Cəfəri deyib:

    “Əgər kimlərsə xalqı yeni sazişin imzalanmasına doğru istiqamətləndirsələr və bu sazişin onların xeyrinə olduğunu desələr belə, SEPAH qətiyyətlə buna qarşı çıxacaq”.

    M.Cəfəri bu sözləri ilə yenidən ABŞ-la və Avropa ölkələri ilə hər hansı mümkün nüvə razılaşmasını hədəfə alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR