Ərdoğandan Kılıçdaroğlunun yumruqlanmasına münasibət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün CHP lideri Kamal Kılıçdaroğlunun Ankarada şəhidin dəfn mərasimində hücuma məruz qalmasına münasibət bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, prezident baş vermiş insidenti sərt şəkildə qınayaraq faktla bağlı cinayət işinin açıldığını qeyd edib:
“Təəssüf ki, dünən Çubuk rayonunda şəhidlərimizdən birinin cənazə mərasimində arzuolunmayan hadisə baş verib. CHP sədri Kamal Kılıçdaroğluna qarşı səsləndirilən etirazlar daha sonra hücuma çevrilib. Olay ən xırda detalına qədər araşdırılır. Şiddəti əsla qəbul edə bilmərik. Hər zaman şiddət və terrora qarşıyıq. Heç kimin Türkiyənin rahatlığına zərər verməyinə imkan verməyəcəyik”.