AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Bağdadinin öldürülməsinə inanmır — Sübut istəyirlər

  • + A
  • - A
  • 28-10-2019, 09:33

    Rusiya Bağdadinin öldürülməsinə inanmır — Sübut istəyirlər

    Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi bəyanatına şübhə ilə yanaşıb.
    Qafqazinfo xəbər verir ki, Nazirlik sözçüsü İqor Konaşenkov Amerikanı bununla bağlı fakt göstərməyə çağırıb.

    Onun sözlərinə görə, Suriya hökumətinin nəzarətində olmayan bütün torpaqlara “Əl Qaidə”nin şöbəsi olan “Nusra” nəzarət edir və ən böyük rəqibi olan İŞİD-in hər hansı üzvünü gördüyü yerdə qətlə yetirir:
    “Bu səbəbdən İŞİD liderinin “Əl Qaidə”nin nəzarətindəki torpaqlarda olması şübhəlidir və ABŞ buna dair sübutlar göstərməlidir. Bundan başqa, əməliyyatlarda iştirak edən dövlətlərin fərqli açıqlamalar verməsi də bəzi sual işarələri yaradır və şübhələri artırır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR