AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azyaşlı uşağı olanların maaşları artırılacaq - Söhbət Azərbaycandan getmir...

  • + A
  • - A
  • 8-07-2017, 10:47

    Azyaşlı uşağı olanların maaşları artırılacaq - Söhbət Azərbaycandan getmir...















    Artımlar 2017-ci ilin yanvarından bəri hesablanacaq...

    6 yaşınadək övladları olan valideynlərin əmək haqlarına güzəştli vergi balları iyun ayının maaşlarına əlavə ediləcək.

    Söhbət İsraildən gedir. “İsrael-xa -yom” nəşrinin verdiyi məlumata görə, güzəştlər 2017-ci ilin yanvarından bəriki maaşlara da aid ediləcək. İyun ayının əmək haqlarına 1032 şekeldən 3870 şekelədək(təxm.500-1900 AZN) artım ediləcəyi gözlənilir.

    Bu artımlar “Netto-ailə” xüsusi proqramı çərçivəsində həyata keçirilir. Həmin layihəyə uyğun olaraq hər uşaq üçün müavinət 170 şekeldən(təxm. 80 AZN) 225 şekelədək(təxm. 108 AZN) qaldırılıb.

    İkincisi, qadın və kişilərin güzəşt punktları müqayisə edilir, üçüncüsü isə azyaşlı uşaqları olan valideynlərin əmək haqlarının hesablanmasında güzəştli vergi balları tətbiq edilir. Müavinət və güzəştlər tənha ata və ya analara da aid edilir. Birgə əmək haqları 8 min şekel(təxm.3850 AZN) olan 3 yaşlı uşağın valideynləri netto-əlavə olaraq 172 şekel(83 AZN) də alacaqlar. Bu da ildə 2064 şekel(təxm.993 AZN) edir.

    İki azyaşlı övladı olan və birgə maaşları 20 min şekel(9626 AZN) olan ata-analar ayda 5179(təxm.250 AZN), yaxud ildə 6204 şekel (təxm. 3 min AZN) alacaqlar. 3 azyaşlı uşağı olan, ümumi gəlirləri 20 min şekel olan valideynlər isə ayda 645(310 AZN), ildə 7740 şekel (3725 AZN) alacaqlar. Xatırladaq ki, artım və güzəştər yalnız 6 yaşadək övladları olan ailələrə şamil edilir. Artıq 6 yaşı tamam olan uşaqlara görə belə güzəştlər verilmir. (Moderator.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR