Türkiyədə yeni dövlət qurulur? – Baş nazirdən sərt reaksiya
Türkiyə baş naziri Binəli Yıldırım AKP-nin üzvü Ayxan Oğanın Türkiyədə yeni dövlət qurulması fikrinə sərt reaksiya göstərib.
Axar.az xəbər verir ki, dövlət rəsmisi bu kimi açıqlamaların partiya ilə heç bir əlaqəsinin olmadığını bildirib.
“Zarafat edirsiniz? Türkiyə Respublikası 1923-cü ilin oktyabrın 29-da quruldu. O, Osmanlı dövlətinin davamı olaraq yaradıldı. 16 türk dövləti var. Bunların hamısı bir-birinin davamıdır. Türkiyə ötən 94 il ərzində inkişaf etdi. Beynəlxalq arenada söz sahibi oldu. Bu səbəbdən kimin nə dediyinin önəmi yoxdur”, – dövlət başçısı bildirib.