AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğandan Avropaya sərt xəbərdarlıq: "Küçəyə addım ata bilməyəcəksiniz"

  • + A
  • - A
  • 23-03-2017, 10:42

    Ərdoğandan Avropaya sərt xəbərdarlıq: "Küçəyə addım ata bilməyəcəksiniz"















    Türkiyə prezidenti: "Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər"

    "Mən bir daha bizim üstümüzə barmaq silkələyən avropalılara müraciət edirəm: Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, sabah Qərb ölkələrinin heç bir vətəndaşı, avropalılar dünyada heç yerində təhlükəsiz və rahat şəkildə küçəyə addım ata bilməyəcək".

    Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. O bildirib ki, Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə, ata bilməyəcəklər: "Əgər bu təhlükəli yolu açsanız, ən böyük zərəri elə sizin özünüz görəcəksiniz. Buna görə biz Türkiyə olaraq Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik".

    Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub. Bundan sonra Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağı kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR