Qətər böhranı sona çatır?
Ağ Evdə Küveyt əmiri Sabah Əl Əhməd ilə görüşən ABŞ prezidenti Donald Tramp təşkil edilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
Tramp Qətər və körfəz ölkələri arasında vasitəçi ola biləcəyini və problemin qısa zamanda həll ediləcəyini deyib.
Şeyx Sabah isə Qətərdən məktub aldıqarını, qonşu ölkə ilə problemin həllində maraqlı olduqlarını, 13 maddəlik tələbin ağır olduğunu başa düşdüklərini deyib.
Qeyd edək ki, Qətər 5 iyundan etibarən körfəz ölkələri tərəfindən terrorizmə dəstək verməkdə ittiham edilir və sanksiyalara məruz qalır. Körfəz ölkələri son olaraq Qətər qarşısında 13 maddəlik tələb irəli sürüb.
Konfransda Donald Tramp Şimali Koreya ilə əlaqələrə də toxunub və bildirib ki, ABŞ-ın hərbi müdaxiləsi ehtimal edilən variantdır, lakin başqa həll yolları axtarmaq daha yaxşı olar, ABŞ-ın bu ölkəyə hücumu yaxşı nəticələr verməyəcək.