AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Taliban"dan jurnalist qadınlarla bağlı yeni qadağa

  • + A
  • - A
  • 29-11-2021, 08:25


    "Taliban" hərəkatı tərəfindən təyin edilmiş Əfqanıstanın Bədəxşan əyalətinin hakimiyyət orqanları qadın jurnalistlərin kişi həmkarları ilə eyni media qurumunda işləməsinə qadağa qoyub.

    Əyalət hakimiyyəti qadın jurnalistlərə “insanların sıx olduğu yerlərə getməyi və oradan reportaj hazırlamağı” da qadağan edib.

    Qeyd edək ki, "Taliban" ölkədə hakimiyyətə gəldikdən sonra 250-dən çox əfqan mediası iqtisadi səbəblər və ya radikalların tətbiq etdiyi məhdudiyyətlər ucbatından bağlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR