AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da tibb bacısını zorlamaqda günahlandırılan şəxs 46 il sonra azad olundu — Cinayəti o törətməyibmiş

  • + A
  • - A
  • 17-11-2017, 11:23

    ABŞ-da tibb bacısını zorlamaqda günahlandırılan şəxs 46 il sonra azad olundu — Cinayəti o törətməyibmiş














    ABŞ-da maraqlı və eyni zamanda xoş olmayan hadisə baş verib.
    Bu barədə “The İndependent” məlumat yayıb. Verilən məlumata görə, Amerikada həbsxanaların birində qadını zorlamaqda və xüsusi qəddarlıqla öldürməkdə günahlandırılan şəxsə bəraət verilib. Buna səbəb isə həmin şəxsin günahsız olması imiş.
    Məlumatda bildirilib ki, Ulbert Cons adlı şəxsi 1971-ci ildə həbs ediblər. Həmin şəxs qonşuluqda yaşayan tibb bacısını qaçıraraq zorlamaqda və yandırmaqda günahlandırılıb. Həbs olunarkən Ulbert Consun 19 yaşı olub. Onun həbsindən 46 il sonra Ulbert Consun günahsız olduğu sübuta yetirilib. Bu səbəbdən də, həmin şəxs düz 46 il cəza çəkdikdən sonra azadlığa çıxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR