AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

  • + A
  • - A
  • 3-07-2022, 15:00

    Dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü


    Novosibirsk Dövlət Universitetinin həbsdə olan alim və kvant-optik laboratoriyasının rəhbəri Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

    Bu barədə “Mash Siberia” Teleqram kanalı məlumat yayıb.

    Kanalın məlumatına görə, alim xərçəngin 4-cü mərhələsindən müalicə olunurdu.

    Bildirilib ki, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq təcridxanaya aparılıb. Bu gün isə qohumlarına onun iyulun 2-də xəstəxanada ölməsi barədə məlumat verilib.

    Qeyd edək ki, bir müddət öncə Novosibirskin Sovetski rayon məhkəməsi Dmitri Kolkerin dövlətə xəyanət maddəsi ilə həbs etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR