AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Poroşenko ölkəyə gələn kimi məhkəməyə çağırıldı - Həbs edilə bilər (YENİLƏNİB)

  • + A
  • - A
  • 17-01-2022, 15:10

    Poroşenko ölkəyə gələn kimi məhkəməyə çağırıldı - Həbs edilə bilər (YENİLƏNİB)

    Bu gün Kiyevin Peçerski Rayon Məhkəməsi Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxıb.

    Poroşenko bu gün səhər saatlarında Varşavadan Ukraynaya gəlib. Siyasətçinin sözlərinə görə, Kiyev hava limanında nəzarətdən keçərkən onu ölkəyə buraxmamağa çalışıblar, yoxlama aparmaq adı altında pasportunu əlindən alıblar. Amma sonradan sənəd ona qaytarılıb və o sərhədi keçib. Poroşenko Kiyevə gəldikdən sonra məhkəməyə gedib.

    Qeyd edək ki, 2021-ci il dekabrın 17-də vətənə xəyanətdə şübhəli bilinən Poroşenko ölkəni tərk etmişdi. Əslində isə onun xaricə getməyinə səbəb kimi Türkiyə və Polşaya diplomatik səfərləri planlaşdırılıbmış.

    Bir sıra Ukrayna KİV-nin məlumatına görə, Kiyev Peçersk Məhkəməsi Poroşenko barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün icazə verib.



    ***11:36

    Ukraynanın eks-prezidenti Petro Poroşenkonun olduğu təyyarə Kiyev aeroportuna enib.

    Bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, bu gün Poroşenkonun Peçersk rayon məhkəməsində dövlətə xəyanət işi üzrə iclasın keçiriləcək. Hazırda onun tərəfdarları Kiyev hava limanına toplaşıb. Onlar sabiq dövlət başçısının həbsinin qarşısını almaq üçün hava limanında mitinq keçirmək istəyirlər.

    Bildirək ki, Ukraynanın eks-prezidentinə qarşı dövlətə xəyanətdə şübhəli bilinərək cinayət işi açılıb və məhkəmənin qərarı ilə onun əmlakına həbs qoyulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR