AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da yaşayan azərbaycanlı alim vəfat etdi

  • + A
  • - A
  • 19-04-2022, 21:00

    ABŞ-da yaşayan azərbaycanlı alim vəfat etdi


    Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.

    AzadMedia.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

    Qeyd edək ki, Həkim Hüseyn oğlu Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib. H. Muradov SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR