Rusiya Federasiyasının Buryatiya Respublikasının Kurumkanski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Zəlzələ Moskva vaxtı ilə saat 05:56-da baş verib. Rusiya FHN-in məlumatda deyilir ki, zəlzələnin episentri dənizdən 24 km şimal-qərbdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.