AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Koreya Covid-ə qalib gəldiyini desə də, Çindən 1 milyon üz maskası alıb

  • + A
  • - A
  • 21-08-2022, 16:20

    Şimali Koreya Covid-ə qalib gəldiyini desə də, Çindən 1 milyon üz maskası alıb

    Çinin şərqindəki Jiangsu əyalətindəki Haian şəhərindəki fabrikdə işçilər aprelin 25-dən ixrac üçün üz maskaları istehsal edirlər.
    Çin ticarət rəqəmləri göstərir ki, Şimali Koreya, Covid-19 üzərində qələbəni elan etməzdən bir müddət əvvəl, iyul ayında Çindən 1 milyondan çox üz maskası və 15,000 cüt rezin əlcək idxal edib.
    Keçən həftə Pxenyan, təxminən 26 milyon əhalisi olan ölkədə 4,77 milyona yüksəlmiş "qızdırma" hallarına qarşı mübarizəyə son qoyaraq, koronavirus üzərində qələbəni elan etdi. Rəsmi məlumata görə iyulun 29-dan bəri yeni belə hallar qeydə alınmayıb.

    Amma, həftə sonu Çin gömrüyü tərəfindən yayımlanan məlumatlara görə, Çin iyul ayında Şimali Koreyaya 44,307 dollar dəyərində 1,23 milyon üz maskası ixrac etdi ki, bu da əvvəlki aydakından 17,000 dollar çoxdur.

    Məlumatlara görə, yanvar-iyul aylarında, Şimal Çindən 11,93 milyondan çox maska ​​alıb. Şimali Koreya may ayında Çindən heç bir Covid-19 profilaktikası və nəzarət məhsulu idxal etməyib.
    Çinin Şimali Koreyaya ümumi ixracı iyunda 19,05 milyon dollardan iyulda 59,74 milyon dollara yüksəlib. Nə sirrdirsə, bu rəqəmlərə rəğmən Şimali Koreya lideri Kim Çen In Covid-ə qarşı qələbəsini elan etdi.
    CNN, Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR